Bərdədə minik maşını traktorla toqquşub, xəsarət alanlar var

Bərdədə minik maşını traktorla toqquşub, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Noyabr , 2017 19:47
Bərdədə minik maşını traktorla toqquşub, xəsarət alanlar var
Report

Bərdə. 8 noyabr. REPORT.AZ/ Bərdə rayonunda yol qəzası baş verib. 

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini Yalçın Kərimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Oktay Məmişova məxsus "Belarus" markalı traktorun qoşqusuna dəyib. Nəticədə minik maşınının sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi