Bərdədə mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var - FOTO
Hadisə
- 20 oktyabr, 2017
- 12:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdə. 20 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.
Belə ki, Bərdə rayon sakini, 23 yaşlı Xəyal Fəxrəddin oğlu Quluyevə məxsus "Mercedes" markalı mikroavtobusla Firdovsi Verdiyevin idarə etdiyi "Shacman" markalı yük maşını toqquşub. Nəticədə mikroavtobusun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Şahidlərin sözlərinə görə, yük avtomobili yol kənarında dayanan mikroavtobusu arxadan vurub. Qəza zamanı mikroavtobusda sərnişinlər olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
09:38
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
Qarabağ09:38
Azərbaycan Premyer Liqası: Bu gün VII turun daha iki oyunu baş tutacaq
Futbol09:35
Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb
Sağlamlıq09:30
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (10.10.2026)
Maliyyə09:18
Tokayev Qazaxıstan ordusunun Xüsusi Əməliyyat Qüvvələrinə yeni komandan təyin edib
Region09:14
Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
Fərdi09:11
Masazırda 4 avtomobil yanıb
Hadisə09:04
EHF Avropa Kuboku: "Kür" komandası Mingəçevirdə APOEL-lə üz-üzə gələcək
Komanda08:55