Bərdədə mikroavtobus avtomobillə toqquşub, ölən var - FOTO - VİDEO - YENİLƏNİB

Bərdədə mikroavtobus avtomobillə toqquşub, ölən var - FOTO - VİDEO - YENİLƏNİB Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır
Hadisə
23 İyul , 2018 16:08
Bərdədə mikroavtobus avtomobillə toqquşub, ölən var - FOTO - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Bərdə. 23 iyul. REPORT.AZ/ Bərdə rayonunda yol qəzasında ölən sürücünün adı məlum olub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu, "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1946-cı il təvəllüdlü Marif Fərəc oğlu Heydərovdur. 

Hadisə zamanı "Mercedes" markalı mikroavtobusun sürcüsü Böyükkişi Çingiz oğlu Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 


***12:36

Bərdə. 23 iyul. REPORT.AZ/ Bərdə rayonunda sərnişin daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Alaçadırlı kəndi ərazisində baş verib.

"Mercedes" markalı mikroavtobusla "VAZ 2107" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə deyib. Qəza zamanı "VAZ 2107"in sürücüsü hadisə yerində ölüb.

Hadisə zamanı yüksək gərginlikli elektrik xətti qırıldığindan bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi