Bərdədə mikroavtobus avtomobillə toqquşub, 11 nəfər yaralanıb - FOTO - YENİLƏNİB-2

Bərdədə mikroavtobus avtomobillə toqquşub, 11 nəfər yaralanıb - FOTO - YENİLƏNİB-2 Hadisə rayonun Divanlı kəndində qeydə alınıb
Hadisə
1 Dekabr , 2017 11:40
Bərdədə mikroavtobus avtomobillə toqquşub, 11 nəfər yaralanıb - FOTO - YENİLƏNİB-2
Report

Bərdə. 1 dekabr. REPORT.AZ/ Bərdə rayonun baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananların adı məlum olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə zamanı 11 nəfər xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağır olaraq qalır. Digər 7 yaralı - Qurban Hacızadə, İsmayıl Hüseynov, Cəmilə Əliyeva, Nuranə Əliyeva, Fidan Əliyeva, Cəfər Qurbanov və Xəyal Səfərovun vəziyyətləri nisbətən yaxşı olsa da onların Bərdə Rayon Mərkəzi Xəstəxansında müalicələri davam etdirilir. 

***11:16

Bərdə. 1 dekabr. REPORT.AZ/ Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 4 nəfərin vəziyyəti ağırlaşıb. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, sərnişin mikroavtobusunda olan yaralılar - İlki Nəbiyev, Heydər Əlizadə, Cavid Turabov və Elmir Həsənov Bərdə Rayon Xəstəxanasına yerləşdirilib.


***11:02

Bərdə. 1 dekabr. REPORT.AZ/ Bərdə rayonunda Ağdamdan (Quzanlı) Bakıya gələn sərnişin mikroavtobusu "BMW" markalı minik avtomobili ilə toqquşub.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Hadisə rayonun Divanlı kəndində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi