Bərdədə mənzildən pul və qızıl-zinət əşyaları oğurlanıb

Hadisə
  • 07 may, 2019
  • 08:10
Bərdədə mənzildən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bərdə rayonunda mənzildən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Report"un Qarabağ mərkəzinə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Belə ki, Bərdə rayon sakini Tural Çingizov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək evindən pul və qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib. 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Aqil Maqsudov, Xəyal Vəzirov, Elməddin İsgəndərov və Rəhman Səfərov saxlanılıblar. Araşdırmalarla onların 1730 manat dəyərində pul, 1 cüt qızıl sırğa, 2 ədəd üzük, 1 ədəd boyunbağı və bilərzik oğurladıqları müəyyən edilib. Oğurlanmış pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti