Bərdədə kütləvi dava baş verib, 4 nəfər bıçaqlanıb - FOTO - VİDEO

Bərdədə kütləvi dava baş verib, 4 nəfər bıçaqlanıb - FOTO - VİDEO Video əlavə olunub
Hadisə
27 Noyabr , 2018 21:58
Bərdədə kütləvi dava baş verib, 4 nəfər bıçaqlanıb - FOTO - VİDEO
Report

Video əlavə olunub


***19:42

Bərdə. 27 noyabr. REPORT.AZ/ Bərdə rayonunda kütləvi dava baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosuna verilən məlumata görə, Bərdə rayon Qaradəmirçi kənd sakinləri - Nurlan, SərxanOrxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların ikisi Reanimasiya, digər ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi