Bərdədə külək ikimərtəbəli evin yanmasına səbəb olub - FOTO

Bərdədə külək ikimərtəbəli evin yanmasına səbəb olub - FOTO Bərdə rayonunda güclü külək ikimərtəbəli evin yanmasına səbəb olub.
Hadisə
5 Avqust , 2019 16:12
Bərdədə külək ikimərtəbəli evin yanmasına səbəb olub - FOTO

Bərdə rayonunda güclü külək ikimərtəbəli evin yanmasına səbəb olub.  

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə  şəhərin Vaqif küçəsində qeydə alınıb.

Belə ki, güclü külək zamanı rayon sakini Briliant Dadaşovaya məxsus ikimərtəbəli fərdi yaşayış evinə gələn elektrik naqilləri bir-birinə ilişərək qısaqapanma yaranıb və ev alışaraq yanmağa başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi