Bərdədə kişi həyat yoldaşı və qayınanasını döyərək onlara ağır xəsarət yetirib

Bərdədə kişi həyat yoldaşı və qayınanasını döyərək onlara ağır xəsarət yetirib Kişi sonuncu dəfə evə gələrək onu və anasını yandıracağını deyib
Hadisə
26 Oktyabr , 2017 02:16
Bərdədə kişi həyat yoldaşı və qayınanasını döyərək onlara ağır xəsarət yetirib

Bərdə. 26 oktyabr. REPORT.AZ/ Bərdə rayonunun Kətəlparaq kəndində döyülmə hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1990-cı il təvəllüdlü Hüseynova Sevin Yaşar qızı və onun 1962-ci il təvəllüdlü anası Hüseynova Kəmalə Yunis qızı ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki qadın ağır kəllə-beyin travması alıb və onların vəziyyətləri orta-ağırdır.

İki uşaq anası olan Sevin Hüseynova "Report"a açıqlamasında həyat yoldaşı tərəfindən tez-tez döyüldüyünü və bu səbəbdən də ata evinə getdiyini bildirib.

Kişi sonuncu dəfə evə gələrək onu və anasını yandıracağını deyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Nəticədə kişi arvadını və anası döyüb və onlara baş nahiyələrindən ağır xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi