Bərdədə keçmiş məhkum avtomobil qaçırıb

Hadisə
  • 10 yanvar, 2020
  • 08:56
Bərdədə keçmiş məhkum avtomobil qaçırıb

Bərdə sakininin avtomobili qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bərdə Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini V.Əliyev yanvarın 9-da saat 21 radələrində “Mercedes” markalı avtomobilinin Ü.Hacıbəyov küçəsindən qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kələntərli kənd sakini, əvvəllər məhkum olunan E.Qasımov həmin gün şəhər ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti