Bərdədə "Kamaz"ın təkəri partlayıb, bir nəfər xəsarət alıb

Hadisə
  • 12 may, 2019
  • 07:48
Bərdədə Kamazın təkəri partlayıb, bir nəfər xəsarət alıb

Bərdə sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Sənaye küçəsində yerləşən təkər təmiri sexində baş verib.

1977- cü il təvəllüdlü Mehrac Məhərrəmov "Kamaz" markalı yük avtomobilinin təkərinə hava vurarkən, təzyiq çox olduğundan təkər partlayıb.

Nəticədə M.Məhərrəmov baş nahiyəsindən travmatik, kəsilmiş-deşilmiş yaralar alıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

44 filmi