Bərdədə iki avtomobil toqquşub, yaralılar var - FOTO - YENİLƏNİB

Hadisə
  • 09 avqust, 2019
  • 18:45
Bərdədə iki avtomobil toqquşub, yaralılar var - FOTO - YENİLƏNİB

Bərdədə baş verən qəzada xəsarət alan sürücü ölüb.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, ötən gün Bərdə rayonunda iki minik avtomobinin toqquşması nəticəsində xəsarət alan sürücü Yunis Həmidov xəstəxanada bu gün ölüb. Həkimlərin müdaxiləsinə baxmayaraq ağır kəllə beyin travması alan Y. Həmidovun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, ötən gün Bərdə rayonunda "Opel" markalı avtomobillə VAZ 21011 markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.


8.08.19 saat 13:10

Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı 3 nəfər - Yunis Həmidov, Əliağa Kərimov və Dünya Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdşalrı və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 12:10

Bərdə rayonunda iki minik avtomobili toqquşub. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

"Opel" və "VAZ 21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri olan 3 nəfər ağır xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onların vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti