Bərdədə güclü külək bir sıra fəsadlar törədib - FOTO
- 05 avqust, 2019
- 10:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Güclü külək Bərdə rayonunda bir sıra fəsadlara səbəb olub.
"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq əsən güclü külək bir neçə ağacı, elektrik və rabitə dirəyini aşırıb, naqillər qırılaraq sıradan çıxıb. Rayon mərkəzində və kəndlərdə elektrik naqillərinə ciddi ziyan dəyib. Nəticədə bir neçə kənd və rayon mərkəzində bəzi küçələrdə elektrik enerjisinin verilişi dayandırılıb.
Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür.
Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir. Bu istiqamətdə araşdırmalar davam etdirilir.