Bərdədə gənc boğazından bıçaq xəsarəti aldı

Hadisə
  • 26 aprel, 2020
  • 17:13
Bərdədə gənc boğazından bıçaq xəsarəti aldı

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun "20 Yanvar" adlı ərazisində qeydə alınıb. 

Rayon sakini Cəmaləddin Fəxrəddin oğlu Abbasov boğazından bıçaq xəsarəti ilə mərkəzi xəstəxanaya yerləşdirilib. Onun kim tərəfindən bıçaqlanması hələlik müəyyənləşməyib.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.