Bərdədə ev avtomobillə birlikdə yanıb - FOTO
Hadisə
- 16 iyun, 2019
- 06:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdə rayonunda baş verən yanğın hadisəsində fərdi yaşayış evi və minik avtomobili yanaraq kül olub.
"Report"un Qarabağ mərkəzi xəbər verir ki, hadisə Əmirli kəndində qeydə alınıb.
Kənd sakini, 1960-cı il təvəllüdlü Abuzər Əli oğlu Hüseynova məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Dördotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. A.Hüseynov bildirib ki, hadisə zamanı mənzildə olan 6500 manat pul və qızıl-zinət əşyaları da yanıb. Habelə "VAZ-21015 markalı minik avtomobili də yanaraq kül olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya
00:33
İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
Digər ölkələr
00:07
Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
Daxili siyasət
00:00
Bu gün Azərbaycanda Zəfər Günüdür
Daxili siyasət
00:00
Foto
Şuşanın azad olunmasından 6 il ötür
Qarabağ
23:56
Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Daxili siyasət
23:52
Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb
Digər ölkələr
23:37
Trampla demokratlar arasında qarşıdurma dərinləşir
Digər ölkələr