Bərdədə dilənçiliklə məşğul olan şəxslər saxlanılıblar

Hadisə
  • 22 aprel, 2019
  • 06:42
Bərdədə dilənçiliklə məşğul olan şəxslər saxlanılıblar

Bərdə rayonunda dilənçiliklə məşğul olan şəxslər saxlanılıblar.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı dilənçiliklə məşğul olan şəxslər saxlanılıblar. 

Məlumata görə, rayon ərazisində yerləşən avtomobil bazarı ərazisində avaralıq və dilənçiliklə məşğul olan 4 nəfər müəyyən olunub.

Saxlanılanlar Bərdə RPŞ-də onların barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub. 

Qeyd edək ki, dilənçiliklə məşğul olan şəxslərin qanunsuz əməllərinin və baş verə biləcək oğurluq hallarının qarşısını almaq üçün belə reydlər mütəmadi olaraq davam etdiriləcək.

44 filmi