Bərdədə bir ailənin iki üzvü zəhərlənərək xəstəxanaya yerləşdirilib

Bərdədə bir ailənin iki üzvü zəhərlənərək xəstəxanaya yerləşdirilib Hadisə rayonun Qarayusifli kəndində qeydə alınıb
Hadisə
17 Yanvar , 2018 02:56
Bərdədə bir ailənin iki üzvü zəhərlənərək xəstəxanaya yerləşdirilib

Bərdə. 17 yanvar. REPORT.AZ/ Bərdə rayonunda iki nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qarayusifli kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan bir ailənin iki üzvü - 31 yaşlı Qurbanov Qurban Ramiz oğlu və 22 yaşlı Qurbanova Əfsanə Rasim qızı zəhərlənmə əlaməti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, hər iki şəxsə tibbi yardım göstərilib.

Zəhərlənmənin baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi