Bərdədə bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub - FOTO - VİDEO - YENİLƏNİB

Bərdədə bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub - FOTO - VİDEO - YENİLƏNİB Bərdə. 16 dekabr. REPORT.AZ/ Bərdə rayonunda oğulun anasını bıçaqlamasının səbəbi məlum olub.
Hadisə
1893
16 Dekabr , 2018 19:08
Bərdədə bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub - FOTO - VİDEO - YENİLƏNİB
Foto: "Report"

Bərdə. 16 dekabr. REPORT.AZ/ Bərdə rayonunda oğulun anasını bıçaqlamasının səbəbi məlum olub.

Yerli sakinlərin "Report"un Qarabağ bürosuna verdikləri məlumata görə, hadisəyə 48 yaşlı Aybəniz Vəliyevanın ikinci dəfə ailə həyatı qurmaq istəməsi səbəb olub. Qadının buna qarşı çıxan övladı anasının istəyinə ehtiraz edib. Anası ilə küçədə mübahisə edən Telman Əhmədov qadına 11 bıçaq xəsarəti yetirib. T.Əhmədov hadisədən sonra polisə könüllü təslim olub.

A.Vəliyeva əvvəlcə xəstəxananın Cərrahiyyə şöbəsinə, əməliyyat olduqdan sonra isə Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.



***11:31

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, yerli sakin Əhmədov Telman Firudin oğlu Qarabağ qəsəbəsindəki küçələrdən birində 1971-ci il təvəllüdlü anası Vəliyeva Aybəniz Telman qızına boyun və qarın nahiyələrindən bir neçə bıçaq zərbəsi endirib.

Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Daha əvvəl Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlanıb.

Son xəbərlər

Orphus sistemi