Bərdədə bazarda kişi meyiti tapılıb - YENİLƏNİB
- 20 noyabr, 2019
- 07:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdə rayonunda "kolxoz bazraı" adlanan ərazidə yerli sakinlər tərəfindən aşkar edilən meyitin kimə məxsus olması açıqlanıb.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, meyitin Tərtər rayonunun Sarcalı kənd sakini, 1947-ci il təvəllüdlü Ağayev Nadir Abbas oğluna məxsus olduğu müəyyənləşib.
Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Müayinə nəticəsində onun ürəktutmadan öldüyü məlum olub.
*** 10:23
Bərdə rayonunda, "Kolxoz bazarı" deyilən ərazidə kişi meyiti tapılıb.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hələlik kimliyi məlum olmayan ölənin ahıl kişi olduğu bildirilir.
Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.