Bərdədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Bərdədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB Bərdə rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin adları məlum olub.
Hadisə
17 Noyabr , 2019 20:53
Bərdədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Foto: "Report"

Bərdə rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin adları məlum olub. 

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, "VAZ-21011" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər - İsmaylov Ruslan Eldar oğlu, Fətəliyev Əlizamin İsrail oğlu, Allahyarova Türkan Eldar qızı və daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəsarət alanlardan birinin vəziyyəti yaxşı olduğundan o evə buraxılıb.


*** 19:26

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Mirzəxan kəndində qeydə alınıb.Hadisə zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.  

Son xəbərlər

Orphus sistemi