Bərdədə avtomobil yolu keçən piyadanı vurub

Hadisə
  • 02 mart, 2019
  • 09:27
Bərdədə avtomobil yolu keçən piyadanı vurub

Bərdə. 2 mart. REPORT.AZ/ Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzi xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Volkswagen Touareg" markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Yaralının kimliyi hələlik məlum deyil.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

44 filmi