Bərdədə ağır yol qəzası olub, xəsarət alanlar var

Bərdədə ağır yol qəzası olub, xəsarət alanlar var Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
31 İyul , 2022 21:53
Bərdədə ağır yol qəzası olub, xəsarət alanlar var

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə axşam saatlarında Zümürxan kəndində qeydə alınıb. İlkin məlumata görə, “Mercedes” markalı iki avtomobil toqquşub. Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarındakı fərdi həyətyanı evin divarına çırpılıb, digəri isə yoldan çıxaraq dərəyə yuvarlanıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar sakinlərin köməyilə xəstəxanaya çatdırılıb.

Hazırda hadisə nəticəsində xəsarət alanların sayı və şəxsiyyətləri müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi