Bərdədə 42 yaşlı kişi bıçaqlanıb

Hadisə
  • 20 avqust, 2019
  • 08:08
Bərdədə 42 yaşlı kişi bıçaqlanıb

Bərdə rayonunda 42 yaşlı kişi bıçaqlanıb. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, 1977-ci il təvəllüdlü rayon sakini İntiqam Həsənov bıçaq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Yaralı bədəninin müxtəlif nahiyələrindən üç bıçaq xəsarəti alıb. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.