Bərdədə 33 yaşlı kişi pambıq tayasından yıxılaraq xəsarət alıb

Bərdədə 33 yaşlı kişi pambıq tayasından yıxılaraq xəsarət alıb Bərdə rayonunda 33 yaşlı kişi pambıq tayasından yıxılaraq ağır xəsarət alıb.
Hadisə
16 Oktyabr , 2019 16:31
Bərdədə 33 yaşlı kişi pambıq tayasından yıxılaraq xəsarət alıb

Bərdə rayonunda 33 yaşlı kişi pambıq tayasından yıxılaraq ağır xəsarət alıb.

“Report”un xəbərinə görə, hadisə rayon ərazisində yerləşən “MTK-İK” MMC-nin pambıq zavodunda baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Siyavuş Bayramov işlədiyi şirkətin pambıq tayasının üzərindən yıxılaraq yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi