Bərdədə 19 yaşlı gənc bıçaqlanıb

Bərdədə 19 yaşlı gənc bıçaqlanıb O, baş və əl nahiyələrindən bıçaq xəsarəti alıb
Hadisə
22 Oktyabr , 2017 23:52
Bərdədə 19 yaşlı gənc bıçaqlanıb

Bərdə. 22 oktyabr. REPORT.AZ/ Bərdə rayonunun Zümürxan kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, 1998-ci il təvvəlüdlü kənd sakini Quliyev Ayxan Nofel oğlu həmkəndlisi tərəfindən bıçaqlanıb.

Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, A.Quliyev baş nahiyəsi və sağ əlindən bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi