Bərdədə 17 yaşlı gənc bıçaqlanıb

Bərdədə 17 yaşlı gənc bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Oktyabr , 2017 18:16
Bərdədə 17 yaşlı gənc bıçaqlanıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda 17 yaşlı gənc bıçaqlanıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Şükür Sərdar oğlu Rzayev həmkəndlisi tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən 4 bıçaq zərbəsi alan gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi