Bərdə sakinindən 1 kq-dan çox narkotik maddə aşkar edilərək götürülüb - FOTO

Bərdə sakinindən 1 kq-dan çox narkotik maddə aşkar edilərək götürülüb - FOTO İlyas Gözəlov marixunanı qurudub özü ücün istifadə etdiyini bildirib
Hadisə
16 Dekabr , 2016 23:25
Bərdə sakinindən 1 kq-dan çox narkotik maddə aşkar edilərək götürülüb - FOTO

Bərdə. 16 dekabr. REPORT.AZ/ Bərdə rayon sakinindən 1 kiloqramdan artıq narkotik maddə aşkar edilərək götürülüb.

Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi Teymur Ələkbərovun "Report"a verdiyi məlumata görə, polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, 48 yaşlı Gözəlov İlyas Talış oğlu rayonun Nüşabə kücəsində şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı gödəkçəsinin cibindən 1 ədəd kibrit qutusunda olan 9.15 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Bundan başqa, İlyas Gözəlovun Gərənə kəndində yaşadığı ünvana baxış keçirilib və yataq otağından ümümi cəkisi 1050 qram olan marixuana aşkarlanaraq götürülüb. 48 yaşlı rayon sakini bu qədər narkotik vasitəni Şəmkir rayonundan tapdığını deyib. 

İlyas Gözəlov marixunanı qurudub özü ücün istifadə etdiyini bildirib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi