Bərdə sakini həmyerliləri tərəfindən bıçaqlanıb

Bərdə sakini həmyerliləri tərəfindən bıçaqlanıb Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər
Hadisə
17 Yanvar , 2018 00:51
Bərdə sakini həmyerliləri tərəfindən bıçaqlanıb
Report

Bərdə. 17 yanvar. REPORT.AZ/ Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, 1996-ci il təvəllüdlü rayon sakini Həsənov Səyyaf Cəsarət oğlu həmyerliləri tərəfindən bıçaqlanıb.

Yaralı gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Cərrahiyyə şöbəsində olan yaralının vəziyyətini həkimlər orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi