Bərdə bazarında yerli sakin bıçaqlanıb

Hadisə
  • 01 avqust, 2018
  • 06:59
Bərdə bazarında yerli sakin bıçaqlanıb

Bərdə. 1 avqust. REPORT.AZ/ Bərdə rayonunda yerli sakin bıçaqlanıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən "Təzə Bazar"da baş verib.

Belə ki, rayonun Həsənqaya kənd sakini, 1992-ci il təvəllüdlü Rəhim Məmmədov mübahisə zəminində həmyerlisi, 1987-ci il təvəllüdlü Rüfət Həsənova bir neçə bıçaq zərbəsi endirib. Boğazından və bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.