Ötən il Baş Prokurorluğun 5 əməkdaşı tutduğu vəzifədən azad edilib

Ötən il Baş Prokurorluğun 5 əməkdaşı tutduğu vəzifədən azad edilib Qanunsuzluqlara yol verdiklərinə görə 2 nəfər prokurorluq orqanlarından xaric edilib
Hadisə
6 Fevral , 2015 17:56
Ötən il Baş Prokurorluğun 5 əməkdaşı tutduğu vəzifədən azad edilib

Bakı. 6 fevral. REPORT.AZ/ Ötən il xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif pozuntulara yol verdiklərinə görə 46 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. 

"Report"un məlumatına görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov bu gün Baş Prokurorluqda Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2014-cü ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, ötən il Baş Prokurorluğun 5 əməkdaşı tutduğu vəzifədən azad edilib, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib, nizam-intizamın daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görülməsi Baş Prokurorluğun bütün strukturlarından və tabe prokurorlardan tələb edilib.

Son xəbərlər

Orphus sistemi