Baş prokuror: "Göyçayda cinayət işi körpünün uçmasından öncə açılmışdı"

Baş prokuror: "Göyçayda cinayət işi körpünün uçmasından öncə açılmışdı" "Bu məsələ ilə bağlı ümumilikdə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib"
Hadisə
28 Sentyabr , 2018 10:56
Baş prokuror: Göyçayda cinayət işi körpünün uçmasından öncə açılmışdı
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Göyçayda cinayət işi körpünün uçmasından öncə açılmışdı. Həmin cinayət işi şikayət əsasında konkret şəxslərlə bağlı başlanılıb. Bu məsələ ilə bağlı ümumilikdə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 5-i hüquqi, 2-si isə fiziki şəxsdir. Hazırda bu iş üzrə məhkəmə istintaqı aparılır".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.

Z.Qaralov bildirib ki, Baş Prokurorluq Ekologiya ə Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika üzrə hüquqi araşdırmalar aparılır: "Bu sahədə çoxsaylı qanun pozuntuları aşkar edilib. Qanun pozuntuları ilə bağlı 17 cinayət işi məhkəmələrə göndərilib, dövlətə dəymiş 10 milyon manata yaxın ziyan ödənilib. Bu istiqamətdə işlər davam etdirilir".

Son xəbərlər

Orphus sistemi