Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini COVID-19-dan öldü
Hadisə
- 26 iyul, 2020
- 12:30
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov koronavirusdan dünyasını dəyişib.
“Report”un məlumatına görə, həkimlərin səyinə baxmayaraq ötən gün İlham Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Bununla da, Daxili İşlər Nazirliyinin 5-ci əməkdaşı koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, ötən il Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutduğu vəzifədən azad olunub və nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib.
Son xəbərlər
06:34
Kolumbiya Prezidenti ona sui-qəsd cəhdi barədə bildirib
Digər ölkələr06:13
Fransa XİN diplomatının Epşteynlə əlaqəsinə görə prokurorluğa müraciət edib
Digər ölkələr05:47
Tramp: ABŞ quruda narkotik qaçaqmalçılığına qarşı mübarizə planlaşdırır
Digər ölkələr05:32
KİV: Fransa özünü texnoloji lider kimi göstərmək üçün məlumatları saxtalaşdırır
Digər ölkələr05:04
Niderland bankları ABŞ texnologiyasından asılılığı azaltmaq istəyirlər
Maliyyə04:52
Maştağanın bir sıra ərazilərində işıq olmayacaq
Energetika04:38
Bosniya və Herseqovinaya ötən il ən çox sərmayə yatıran ölkələr açıqlanıb
Digər ölkələr04:23
Trampı öldürəcəyi ilə hədələyən amerikalı 3,5 il həbs cəzasına məhkum edilib
Digər ölkələr03:56