Baş allerqoloq: "Azərbaycanda xəstəyə oqanizminin dərman vasitəsinə reaksiyasını soruşmadan sınaq vurulur"

Hadisə
  • 13 aprel, 2018
  • 08:50
Baş allerqoloq: Azərbaycanda xəstəyə oqanizminin dərman vasitəsinə reaksiyasını soruşmadan sınaq vurulur
Report/Firi Salim

Bakı. 13 aprel. REPORT.AZ/ "Allergiyanın ən ağır formalarından biri anafilaktik şokdur. Bu vəziyyətdə proseslər o qədər sürətlə gedir ki, hətta həkim də xəstəyə kömək edə bilmir".

"Report" xəbər verir ki, bunu baş allerqoloq Cəbrayıl Məmmədov deyib.

O bildirib ki, xəstədən orqanizminin dərman vasitəsinə reaksiyasını soruşmadan sınaq vurulur: "Dərman sınağının vurulması geniş yayılıb, amma bu, doğru deyil. Dəriyə sınaq qoymaqla orqanizmin allergik reaksiyasını təyin etmək düzgün deyil. Bunu ən yaxşı xəstə özü deyə bilər ki, hansı dərmandan istifadə edəndə hansı reaksiyalarla üzləşib".

C.Məmmədov əlavə edib ki, bəzən valideynlər özbaşına uşaqlara ampicillin və digər antibiotiklər vururdular: "Baş ağrısı zamanı bir ağrıkəsici həb qəbul edilir. Ancaq bəzən bir tablet aspirin insanın ölümünə səbəb olur. Digər ağrıkəsicilər də belədir. Əgər baş ağrıyırsa, bunun səbəbi nevroloji problemlər də ola bilər, odur ki, həkim baxmalıdır. Buna görə də dərmanların qəbuluna diqqət yetirilməlidir".