"​Bank VTB (Azerbaijan)" işdən çıxardığı filial rəhbərinə məhkəmədə uduzub

"​Bank VTB (Azerbaijan)" işdən çıxardığı filial rəhbərinə məhkəmədə uduzub Bank iki əməkdaşını isə 600 min manatlıq yeyintiyə görə işdən çıxarıb
Hadisə
2 Oktyabr , 2015 16:19
​Bank VTB (Azerbaijan) işdən çıxardığı filial rəhbərinə məhkəmədə uduzub

Bakı. 2 oktyabr. REPORT.AZ/ Nəsimi Rayon Məhkəməsində "Bank VTB (Azerbaijan)"ın işdən çıxarılmış “Sahil” filialının rəhbəri Böyükağa Məmmədovun iddiası üzrə qərar qəbul edilib. Bu barədə “Report”a vəkil Əkrəm Həsənov məlumat verib.

Belə ki, hakim Pərviz Hüseynovun qəbul etdiyi qərarla Böyükağa Məmmədov əvvəlki vəzifəsinə bərpa edilib. “Böyükağa Məmmədov işdən korrupsiya qalmaqalı (müştəriyə kreditin verilməsi əsnasında) nəticəsində azad olunmuşdu. Lakin məhkəmə işdən çıxarılmanın əsassız olduğu qənaətinə gəlib”, - Ə.Həsənov bildirib.

Bundan başqa, hazırda Nəsimi Rayon Məhkəməsində "Bank VTB (Azerbaijan)"ın işdən çıxarılan digər iki işçisinin də banka qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesləri gedir. Ə.Həsənov deyib ki, onların işdən çıxarılması səbəbi bankın son illərdə açdığı filialların təmiri əsnasında 600 000 manatın yeyintisidir: “İşçilər bu məsələnin, ümumiyyətlə, onlara aid olmadığını iddia edir”.

Qeyd edək ki, B.Məmmədovun vəkili Aqil Layicov, "Bank VTB (Azerbaijan)"ı məhkəməyə verən digər iki nəfərin vəkili isə Polad Cabbarlıdır.

Son xəbərlər

Orphus sistemi