“Bank Standard” istirahət kompleksini məhkəməyə verib

“Bank Standard” istirahət kompleksini məhkəməyə verib İddiaya Bakı Apellyasiya Məhkəməsində baxılır
Hadisə
26 Oktyabr , 2015 17:45
“Bank Standard” istirahət kompleksini məhkəməyə verib

Bakı. 26 oktyabr. REPORT.AZ/ “Bank Standard” Kommersiya Bankı (KB) “Panorama” İstirahət Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) və Kamil Yadigar oğlu Hüseynovu məhkəməyə verib.

“Report”un xəbərinə görə, bank kredit borcu barədə tələb irəli sürüb.

Nərimanov Rayon Məhkəməsində iddia tələbi qismən təmin edilib.

Qərardan narazı qalan “Panorama” İstirahət Kompleksi apellyasiya şikayəti verib. İddiaya Bakı Apellyasiya Məhkəməsində baxılır.

Son xəbərlər

Orphus sistemi