Balaxanıda avtomobillə vurulan şəxsin çənəsi sınıb

Balaxanıda avtomobillə vurulan şəxsin çənəsi sınıb Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
13 Avqust , 2022 02:46
Balaxanıda avtomobillə vurulan şəxsin çənəsi sınıb

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Əliyev Natiq Əliməhəmməd oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona əng sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi