Balakəndə yol qəzası baş verib, xəsarət alan var

Hadisə
  • 14 sentyabr, 2018
  • 11:43
Balakəndə yol qəzası baş verib, xəsarət alan var

Balakən. 14 sentyabr. REPORT.AZ/ Balakən rayonunda yol qəzası baş verib. 

“Report”un Şimal-qərb bürosunun verdiyi məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun Balakən rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, sentyabrın 14-də səhər saatlarında Balakən rayonunun Gərəkli kənd sakini Ramiz Cəlal oğlu Taşov idarə etdiyi “VAZ-21154” markalı 90 XE 041 dövlət nömrə nişanlı minik avtomobil ilə Balakən şəhər sakini, 1996-cı il təvəllüdlü Vasif Asif oğlu Qasımovun idarə etdiyi “Mercedes” markalı 08 BG 618 dövlət nömrə nişanlı minik avtomobilini arxadan vurub. Nəticədə V.Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və döş qəfəsinin əziyi diaqnozu qoyulub, müalicəsi Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Bütün Xəbər Lenti