Balakəndə qaydalara riayət etməyən piyadalar cərimələnib

Balakəndə qaydalara riayət etməyən piyadalar cərimələnib Piyadalar arasında intizamın möhkəmləndirilməsi, xüsusilə də onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində profilaktik tədbirl
Hadisə
4 İyul , 2022 19:11
Balakəndə qaydalara riayət etməyən piyadalar cərimələnib

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, xüsusilə də onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı yaxınlıqda piyada keçidlərinin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb.

Bu kimi halların özləri ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaratdığı onların diqqətinə çatdırılıb və barələrində inzibati protokol tərtib edilib.

Son xəbərlər

Orphus sistemi