Balakəndə əkin sahəsində 19 kq narkotik aşkarlandı

Hadisə
  • 30 iyun, 2020
  • 09:46
Balakəndə əkin sahəsində 19 kq narkotik aşkarlandı

Balakəndə əkin sahəsində narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, rayonun Tülü kəndi ərazisində Mahamalar kənd sakini Q.Mamedov ona məxsus əkin sahəsində narkotik maddənin olduğu barədə Balakən Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd olunan ərazidən kultivasiya yolu ilə yetişdirilmiş 73 ədəd çətənə kolu və 19 kq 190 qram qurudulmamış marixuana aşkarlanaraq götürülüb.

Hazırda faktla bağlı Balakən RPŞ-də araşdırmalar aparılır.

Bundan başqa, Ucar RPŞ-nin əməkdaşları tərəfindən Təzə Şilyan kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitmiş 117 kq çəkidə 218 ədəd çətənə kolu aşkarlanıb məhv edilib.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Dəmirovdan 8,36 qram marixuana götürülüb. 

V.Dəmirovun Zümürxan kəndi ərazisindəki əkin sahəsində gizlətdiyi 500 qram marixuana da aşkarlanaraq götürülüb.