Balakən sakini bir il əvvəlki təhqirə görə tanışını qətlə yetirib

Balakən sakini bir il əvvəlki təhqirə görə tanışını qətlə yetirib Hadisə Xırdalan şəhərində baş verib
Hadisə
18 Sentyabr , 2014 11:02
Balakən sakini bir il əvvəlki təhqirə görə tanışını qətlə yetirib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın Abşeron rayonunda qətl hadisəsi baş verib. Abşeron Rayon Polis Şöbəsindən (RPŞ) "Report"a verilən məlumata görə, Balakən rayon sakini, 28 yaşlı Abdulla Saramanov aralarında yaranmış mübahisə zəminində tanışı, Qax rayon sakini, 1982-ci il təvəllüdlü Ramil Məmmədova 5 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən A.Saramanov saxlanılıb.

Araşdırma zamanı hadisənın təhqir səbəbindən baş verdiyi məlum olub. A.Saramanov ifadəsində  bildirib ki, təxminən bir  il əvvəl mərhum R.Məmmədov onun ünvanına nalayiq ifadə işlədib. Lakin A.Saramanov ötən bir il ərzində nə qədər cəhd göstərsə də, R.Məmmədovla görüşə bilməyib. Hadisə günü isə o, R.Məmmədovu piyvə içmək adı ilə görüşə çağırıb. Xırdalan şəhərində görüşən A.Saramanov R.Məmmədovla əvvəlcə mübahisə ediblər. Bu zaman Saramanov özü ilə gətirdiyi bıçaqla tanışını qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi