Bakıdakı tikintidə bədbəxt hadisə baş verib

Bakıdakı tikintidə bədbəxt hadisə baş verib Fəhlə işlədiyi tikintidə hündürlükdən yıxılaraq ölüb
Hadisə
11 Sentyabr , 2014 14:18
Bakıdakı tikintidə bədbəxt hadisə baş verib
Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakıdakı tikintidə növbəti dəfə bədbəxt hadisə baş verib. Report-un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, hadisə Bakının Sabunçu rayonunda baş verib.

Hadisə zamanı Bakı şəhər sakini Ramin Abbasov Sabunçu qəsəbəsində işlədiyi tikintidə hündürlükdən yıxılıb. R.Abbasov xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi