Bakıda axtarışda olan şəxs saxlanılıb

Hadisə
  • 19 sentyabr, 2014
  • 07:09
Bakıda axtarışda olan şəxs saxlanılıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda iki ay əvvəl baş verən bıçaqlanma hadisəsinin üstü açılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib.

Məlumata görə, bu il avqustun 20-də Sulutəpə qəsəbəsində qeydə alınan hadisə zamanı naməlum şəxs Valeh Əhmədova bıçaqla xəsarət yetirib. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət-Axtarış Şöbəsi və 40-cı Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Muğdad Məmmədov tutulub. Araşdırma zamanı M.Məmmədovun Masallı rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə axtarışda olduğu da ortaya çıxıb.

Hazırda qeyd olunan faktlarla bağlı Binəqədi RPİ-də araşdırmalar davam etdirilir.