"Bakubus" avtobusu səfirlik maşını ilə toqquşub

"Bakubus" avtobusu səfirlik maşını ilə toqquşub Bakubus avtobusu qəzaya düşüb.
Hadisə
4 Aprel , 2019 14:52
Bakubus avtobusu səfirlik maşını ilə toqquşub

"Bakubus" avtobusu qəzaya düşüb.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Məlumata görə, Bakubus avtobusu Moldovanın Azərbaycandakı səfirliyinə məxsus "Toyota Prado" markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində ölən və yaralanan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Qeyd edək ki, bu, "Toyota Prado" markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobilinin ilk qəzası deyil. 2017-ci ildə də həmin avtomobil Yasamal rayonu ərazisində qəzaya düşmüşdü.

Son xəbərlər

Orphus sistemi