Bakıda azyaşlı övladlarına əsəbiləşən ana özünü bıçaqlayıb
Hadisə
- 06 may, 2017
- 04:15
Bakı. 6 may. REPORT.AZ/ Bakının Suraxanı rayonunda övladları ilə mübahisə edən qadın özünü bıçaqlayıb.
"Report"un xəbərinə görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
H.Quliyev küçəsi, 9, mənzil, 3-də yaşayan 1987-ci il təvəllüdlü Kazımova Xalidə Kərim qızı öz qarın nahiyəsinə 3 bıçaq zərbəsi vuraraq intihara cəhd edib. O, dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, ərindən boşanan X.Kazımovanın iki azyaşlı övladı var. Qadın övladlarına ona məxsus mobil telefonun adaptorunu qırdıqları üçün bərk əsəbiləşib. X.Kazımovanın anası onu sakitləşdirmək istəsə də, bunu bacarmayıb.
Qohumlarının dediyinə görə, iki uşaq anası dəfələrlə intihara cəhd göstərib.
Son xəbərlər
23:07
KİV: HƏMAS yalnız Fələstin dövlətinin yaradılması şərtilə tərk-silah olmağa razıdır
Digər ölkələr22:49
Qubada zəlzələ olub
Hadisə22:47
Rimas Kurtinaytis: "Razıyam ki, "Sabah"ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi"
Komanda22:41
Çinin taykonavtları stansiyadan açıq kosmosa 8 saatlıq çıxış həyata keçiriblər
Digər ölkələr22:29
Foto
Azərbaycan mədəniyyəti Vaşinqtonda beynəlxalq sərgidə maraqla qarşılanıb
Mədəniyyət siyasəti22:13
ABŞ Energetika Nazirliyi neft hasilatı proqnozunu gündə 13,61 milyon barelə qaldırıb
Digər ölkələr22:03
Video
İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib
Xarici siyasət22:02
ABŞ Sudandakı münaqişə ilə əlaqəli şəxslərə və qurumlara sanksiyalar tətbiq edib
Digər ölkələr21:57