Bakıda köhnə tikilidə baş verən yanğın söndürülüb - YENİLƏNİB-2

Hadisə
  • 18 avqust, 2026
  • 15:27
Bakıda köhnə tikilidə baş verən yanğın söndürülüb - YENİLƏNİB-2

Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə baş vermiş yanğın tam söndürülüb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb.

"Report"un xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən "Nəsimi" metrostansiyasının yaxınlığında yerləşən köhnə poliklinika binası olan və hazırda istifadəsiz tikilidə baş verən yanğın məhdudlaşdırılıb, yanğının ətraf tikililərə keçməyinin qarşısı alınıb.

Hazırda soyutma işləri aparılır, yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Bakının Binəqədi rayonunda köhnə tikili yanır.

"Report" xəbər verir ki, yanğın "Nəsimi" metrostansiyasının yaxınlığında yerləşən keçmiş tikilidə baş verir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi və ətrafa yayılması istiqamətində işlər aparılır.