Bakının mərkəzində yol qəzası oldu, avtomobillərdən biri aşdı - YENİLƏNİB

Bakının mərkəzində yol qəzası oldu, avtomobillərdən biri aşdı - YENİLƏNİB Bakıda baş verən ağır yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.
Hadisə
1 Aprel , 2020 23:05
Bakının mərkəzində yol qəzası oldu, avtomobillərdən biri aşdı - YENİLƏNİB

Bakıda baş verən ağır yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

“Report” xəbər verir ki, Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Şahgəldiyev Fərid Eldar oğlu xəsarət alıb.

O, hadisə yerində olan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Tibbi müayinədən sonra ona, sol əlin 4-5 daraq sümüklərinin sınığı diaqnozu qoyulub. 


21:14***

Paytaxtın Nəsimi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə "Toyota" markalı avtomobil toqquşub. 

Zərbədən "Toyota" markalı avtomobil yolun kənarına aşıb. 

Sərnişinlərdən biri hadisə yerində olan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən avtomobildən çıxarılıb. 

Ona, polislər tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra 1 saylı Kliniki Tibbi Mərkəzə təxliyə olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi