Bakının mərkəzində minik maşını aşıb, ölən və yaralanan var - FOTO - VİDEO

Bakının mərkəzində minik maşını aşıb, ölən və yaralanan var - FOTO - VİDEO Hadisə Nobel prospektində qeydə alınıb
Hadisə
11 May , 2017 23:43
Bakının mərkəzində minik maşını aşıb, ölən və yaralanan var - FOTO - VİDEO
Report.az

Bakı. 11 may. REPORT.AZ/ Bakının Xətai rayonu ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Qarayev Fərahim Nazim oğlunun idarə etdiyi "Oka" markalı, "22-BE-411" dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Nəticədə sürücü F.Qarayev ölüb. Avtomobildə olan sərnişin, 37 yaşlı Abbasova Alidə Abbas qızı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi