​Bakının mərkəzində kafedə yanğın olub

​Bakının mərkəzində kafedə yanğın olub Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
28 Fevral , 2015 11:32
​Bakının mərkəzində kafedə yanğın olub

Bakı. 28 fevral. REPORT.AZ/ Bakı şəhərinin Səbail rayonunda beşmərtəbəli inzibati binanın zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan “Addio” kafesinin mətbəxində havalandırma qurğusu 2 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, kafe yanğından mühafizə olunub. Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi