Bakının mərkəzində kafedəki yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-3

Hadisə
  • 20 aprel, 2023
  • 07:10
Bakının mərkəzində kafedəki yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-3

Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

10.54

Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda baş vermiş yanğın məhdudlaşdırılıb. 

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

10.44

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

10.37

Bakının mərkəzində kafe yanır.

"Report" xəbər verir ki, yanğın Xəqani bağında yerləşən kafedə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.