Bakının mərkəzində piyadanı vurub öldürən sürücü saxlanıldı - YENİLƏNİB

Bakının mərkəzində piyadanı vurub öldürən sürücü saxlanıldı - YENİLƏNİB Bakıda yol qəzası hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
20 Fevral , 2020 11:29
Bakının mərkəzində piyadanı vurub öldürən sürücü saxlanıldı - YENİLƏNİB

Bakıda yol qəzası hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, “Hyundai Aero Express” markalı avtobusun sürücüsü Niftulla Atabalayev Səbail Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində saxlanılıb. 

Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) madəsi ilə cinayət işi başlayıb.

Bildirilib ki, N.Mahmudova qəza nəticəsində dünyasını dəyişib.


***09:13

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə bu gün səhər saat 07:00 radələrində Dəniz Vağzalının qarşısında qeydə alınıb.

Belə ki, Niftulla Atabalayevin idarə etdiyi “Hyundai Aero Express” markalı avtobus hələlik kimliyi məlum olmayan piyadanı vurub. Nəticədə piyada hadisə yerindəcə ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi