Bakının mərkəzində 29 yaşlı qadına qarşı soyğunçuluq edilib

Bakının mərkəzində 29 yaşlı qadına qarşı soyğunçuluq edilib Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır
Hadisə
27 Dekabr , 2016 17:29
Bakının mərkəzində 29 yaşlı qadına qarşı soyğunçuluq edilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakının mərkəzində 29 yaşlı qadına qarşı soyğunçuluq edilib.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, hadisə Bülbül prospekti ev 30-un qarşısında Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Bəhruz Məmmədov Günel Rəcəbovanın əlindən içərisində 270 manat, 130 ABŞ dolları, 50 Avro və mobil telefon olan pul kissəsini alıb qaçıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları B.Məmmədovun tutulması istiqamətində araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi